Azərbaycan Basketbol Liqasının 15-ci turunda daha bir oyun baş tutacaq.


Rekord.az xəbər verir ki, "Naxçıvan" bu gün "Quba" ilə üz-üzə gələcək.


B qrupunun qarşılaşması Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. "Naxçıvan" 25 xalla qrupda ikincidir. 19 xala malik "Quba" isə üçüncü pillədə qərarlaşıb.


Qeyd edək ki, turun ötən gün baş tutan "Lənkəran" - "Ordu" matçı qonaqların qələbəsi ilə yekunlaşıb - 103:63.


Tura fevralın 1-də yekun vurulacaq.