EN

Tramp İranla danışıq aparıb: Kiminlə və nə vaxt?

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp son günlərdə İranla bağlı danışıqlar apardığını və onu davam etdirməyi planlaşdırdığını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, o,  "Danışıqlar olub və davam etdirməyi planlaşdırıram", - deyə Tramp prezident müxbirlərinin sualına cavab olaraq bildirib.

Lakin Amerika lideri dəqiq kiminlə və nə vaxt danışıqlar apardığını açıqlamayıb.

ABŞ Prezidenti, həmçinin bir çox "çox güclü" ABŞ gəmilərinin hazırda İrana getdiyini təkrarlayıb. "Onlardan istifadə etməli olmasaydıq, əla olardı", - deyə o bildirib.

Amerika Prezidenti rəsmi Tehrana qarşı tələblərini də açıqlayıb.

"Mən onlara iki şey dedim. Birincisi, nüvə silahına son qoyulsun. İkincisi, etirazçıları öldürməyi dayandırın", - deyə Tramp bildirib.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
39
cebheinfo.az

10Sources