EN

Paşinyan anlayır ki...

ain.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

“Paşinyan dünən keçirdiyi brifinqdə Ermənistanın Azərbaycanın enerji sisteminə qoşulmasının doğru olacağını deyib. Paşinyan bəlkə də tək Ermənistanda yox, dünyada ən rasional düşünən ermənidir ki, o anlayır ki, Türkiyə və Azərbaycanın enerji sistemi Ermənistanı başqa ölkələrin enerji asılılığından xilas edə bilər. Paşinyan gözəl bilir ki, ölkənin enerji sistemi onun əsas təhlükəsizlik sistemindən biridir və bu təhlükəsizlik sistemi bir dövlətdən asılı olanda həmin dövlət o dövlətdən həm də təhlükəsizlik baxımından asılı olur”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Şakir Ağayev deyib.

Ş.Ağayev bildirib ki, Paşinyan Azərbaycan və Türkiyə enerji sistemini birləşdirməklə həm bir dövlətdən asılılığını azaldır, həm də Azərbaycan Türkiyə ilə daha geniş mənada əməkdaşlıq etmək istəyir ki, bu da tək enerji təhlükəsizliyi deyil, Ermənistanın ərazi bütövlüyü, sərhədlərin açılması, iqtisadi inkişafı bunlar dövlətin təhlükəsizliyinin təməl prinsipləridir: “Ona görə də Paşinyan məhz bu formada çıxış etməklə Ermənistanı gələcəkdə daha mütərəqqi, sivil dövlət kimi görmək istəyir. Təbii ki, əgər deyilənləri həyata keçirə bilərsə”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
32
32
icma.az

10Sources