EN

Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılır

style='margin-bottom:10px;'>

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

QOL.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxyı ilə saat 15:00-da başlayacaq.

Püşkdə Liqa mərhələsini 9–24-cü yerlərdə başa vuran klublar iştirak edəcəklər.  Komandalar Liqa mərhələsində tutduqları mövqelərə əsasən ikili qruplara bölünəcək və dörd səpələnmiş, dörd isə səpələnməmiş cütlük formalaşdırılacaq.

Səpələnmiş cütlüklər:

9 və 10-cu yerlər — “Real” (İspaniya) və “İnter” (İtaliya)

11 və 12-ci yerlər — PSJ (Fransa) və “Nyukasl” (İngiltərə)

13 və 14-cü yerlər — “Yuventus” (İtaliya) və “Atletiko” (İspaniya)

15 və 16-cı yerlər — “Atalanta” (İtaliya) və “Bayer” (Almaniya)

Səpələnməmiş cütlüklər:

17 və 18-ci yerlər —“Borussiya” (Dortmund, Almaniya) və “Olimpiakos” (Yunanıstan)

19 və 20-ci yerlər — “Brügge” (Belçika) və “Qalatasaray” (Türkiyə)

21 və 22-ci yerlər — “Monako” (Fransa) və “Qarabağ” (Azərbaycan)

23 və 24-cü yerlər — “Bude-Qlimt” (Norveç) və “Benfika” (Poaliya)

Hər bir səpələnmiş cütlük pley-off mərhələsində səpələnməmiş cütlüklərdən biri ilə qarşılaşacaq.

Yəni:

9/10-cu yerlər — 23/24-cü yerlərə qarşı

11/12-ci yerlər — 21/22-ci yerlərə qarşı

13/14-cü yerlər — 19/20-ci yerlərə qarşı

15/16-cı yerlər — 17/18-ci yerlərə qarşı oynayacaq.

Püşkatmadan sonra mümkün qarşılaşmalar belə olacaq:

“Monako” / “Qarabağ” — PSJ / “Nyukasl”

“Brügge” / “Qalatasaray” — “Yuventus” / “Atletiko”

“Bude-Qlimt” / “Benfika” — “Real” / “İnter”

Dortmund “Borussiya”sı / “Olimpiakos” — “Atalanta” / “Bayer”

Qeyd edək ki, ÇL-də pley-offun ilk  oyunları 17–18 fevralda, cavab görüşləri isə 24–25 fevralda keçiriləcək.

Chosen
61
6
teleqraf.com

10Sources