EN

İsrail ordusu Rafahda tuneldən çıxan silahlıların olduğu əraziyə zərbə endirib, 3 nəfər ölüb

İsrail Müdafiə Qüvvələri (IDF) bu gün Qəzza zolağının Rafah şəhərinin şərqində yerləşən yeraltı tuneldən çıxan silahlı şəxslərə qarşı əməliyyat keçirib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, İsrail hərbçiləri yeraltı tuneldən çıxan səkkiz silahlını müəyyən edib. Bundan sonra İsrail Hava Qüvvələri tərəfindən həmin əraziyə hava zərbələri endirilib.

Qeyd edilib ki, zərbələr nəticəsində üç silahlı zərərsizləşdirilib. Digər silahlı şəxslərin hadisə yerindən qaçdığı bildirilir.

Hazırda qaçan silahlıları tapmaq məqsədilə ərazidə axtarış əməliyyatları davam etdirilir.

Chosen
7
41
apa.az

10Sources