EN

Həkim futbolçunun ölümündən 8 il sonra cəza alacaq: Ailəsi isə...

2018-ci ildə vəfat etmiş futbolçu Davide Astorinin ailəsi onun tibbi müayinədən keçdiyi tibb müəssisəsindən kompensasiya əldə edib.

Publika.az xəbər verir ki, həkimlər vaxtilə futbolçunun ürək fəaliyyətində heç bir anomaliya aşkar etməyiblər, lakin sonradan məlum olub ki, idmana xas yüksək fiziki yüklənmələr fonunda Astori məhz bu səbəbdən həyatını itirib.

İtaliya mətbuatının məlumatına görə, bu faciəvi vəziyyətə görə şəxsən məsuliyyət daşıyan professor Corco Qalanti bir il müddətinə azadlıqdan məhrum ediləcək. Ailəsinə isə 1 milyon avrodan bir qədər yüksək məbləğdə təzminat ödənəcək.

Xatırladaq ki, Davide Astori 2018-ci il martın 4-də Udine şəhərində yuxuda olarkən dünyasını dəyişib. O, İtaliya çempionatında “Udineze”yə qarşı oyundan əvvəl otel otağında ölü tapılıb.

Chosen
69
50
publika.az

10Sources