EN

Ukrayna ordusunda fərarilərin sayı artır

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya işğalının ilk illərində Ukrayna ən gənc əsgərlərini cəbhənin ön xəttindən uzaq tutmağa çalışırdı. Onlar ölkənin müharibədən sonra yenidən qurulması üçün vacib şəxslər hesab olunurdular. Lakin, insan resurslarının kəskin çatışmazlığı, Rusiyanın amansız irəliləməsi vəziyyəti dəyişib və gənc döyüşçülər getdikcə ən təhlükəli mövqelərə göndərilirlər.

Reyting.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazıb.

Nəşr qeyd edir ki, “Bu, Ukraynanın peşəkar ordusunu viran qoyan dörd illik müharibədən sonra qeyri-mümkün seçimini göstərir: gənc nəsli necə qorumaq və maarifləndirmək, eyni zamanda kişilərin cəbhəyə daimi axınını təmin etmək olar”.

Döyüşmək istəyən kişilərin əksəriyyəti çoxdan qeydiyyata alınıb. Piyada bölmələri ağır döyüş tapşırıqlarında yararsız yaşlı kişilərlə doludur. Cəbhə xidməti xeyli artıb və bu da əsgərlərin sayının daha da azalmasına səbəb olub. Bir çoxları ya gizlənib, ya da ölkəni qanunsuz yolla tərk etmək üçün rüşvət veriblər.

Xatırladaq ki, müdafiə naziri Mixaylo Fedorov əvvəllər iki milyon ukraynalının çağırışdan yayındığını və 200 mindən çox əsgərin ordudan qaçdığını bildirmişdi ki, bu da bütün silahlı qüvvələrin təxminən beşdə birini təşkil edir.

“Xətti qüvvələr, ehtimal ki, 2026-cı ildə Ukrayna üçün döyüş meydanındakı vəziyyətin necə inkişaf edəcəyini, eləcə də Rusiyanın nə qədər irəliləyə biləcəyini müəyyən edəcək ən vacib amildir”,- Xarici Siyasət Tədqiqat İnstitutunun baş elmi işçisi Rob Li bildirib.

Keçən ildən bəri yüzlərlə ukraynalı 18-24 yaşlı gənclər üçün proqrama yazılaraq müxtəlif briqadalara qoşulub. Piyada çatışmazlığı səbəbindən komandirlər onların çoxunu Rusiya hücumunun qızğın hissəsinə göndəriblər. Nəticədə bir çoxu həyatını itirib, digərləri şikəst və ya daimi əlil olublar. Bir çoxu fərarilik edir. O vaxtdan bəri, 18-24 yaşlı əsgərlərə döyüş bölgələrindən uzaqda, dron bölmələrində altı ay xidmət etməyə icazə verib.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
63
50
reyting.az

10Sources