ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçı Türkiyəyə gedib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
“Bu bir günlük səfər çərçivəsində nazir həm Türkiyə ilə ikili əlaqələr, regional və beynəlxalq hadisələr barədə məsləhətləşmələr aparacaq, həm də Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşüb müzakirələr aparacaq”, – deyə qeyd edilib.
Əraqçı bildirib ki, İran həmişə Türkiyə ilə yaxın məsləhətləşmələr aparır:
“Regionda ciddi çağırışlar var. ABŞ və digər ölkələr tərəfindən ifadə olunan məqsədlər onu tələb edir ki, biz daha yaxın məsləhətləşmələr aparaq. Mən Türkiyə Prezidenti ilə görüşəcəyəm”.
Safura Bənnayeva
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.