EN

Məhkəmə sədrinin bıçaqlanan gəlinindən xəbər var

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin bıçaqlanan gəlini Şəfiqə Ələkbərova Bakıdakı özəl xəstəxanalardan birinə köçürülüb.

Globalinfo.az bildirir ki, bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, yanvarın 25-də 1999-cu il təvəllüdlü şəxs (qadın) müxtəlif bədən xəsarətləri ilə mərkəzə hospitalizasiya olunmuşdu.

“Pasiyentin yaxınları yanvarın 28-də iltizamnamə əsasında tibbi xidmətdən imtina ediblər. Xəstənin yaxınları onu özəl tibb müəssisəsinə yerləşdirmək məqsədilə Kliniki Tibbi Mərkəzdən çıxarıblar”, – mərkəzdən qeyd olunub.

Bildirilib ki, xəstəxanadan çıxarılan vaxt Ş.Ələkbərovanın durumu ağır olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, məhkəmə sədrinin gəlini “Mərcan” Klinikasına yerləşdirilib.

Xatırladaq ki, yanvarın 25-də Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğlu Emin Əlizadə uşaqlarının gözü qarşısında həyat yoldaşı Şəfiqə Ələkbərovaya 20 bıçaq zərbəsi vurub. E.Əlizadə hadisəni törədəndən sonra yaşadığı 10-cu mərtəbədən binanın 16-cı mərtəbəsinə qalxaraq gözləyib. Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrkən o, özünü 16-cı mərtəbədən yerə ataraq intihar edib.

Emin Əlizadənin Şəfiqə Ələkbərovanı qəsdən öldürməyə cəhd etməsi, daha sonra isə özünü hündürlükdən ataraq intihar etməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda istintaq aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
75
8
globalinfo.az

10Sources