Rusiyanın iri maliyyə təşkilatı VTB 2025-ci ildə 500 milyard rubl xalis mənfəət əldə edib
Marja xəbər verir ki, bu barədə bankın rəhbəri Andrey Kostin məlumat verib.
Əvvəllər VTB 2025-ci il üçün mənfəət hədəfini 500 milyard rubl göstərmişdi. Keçən ilin tam maliyyə nəticələri fevral ayında gözlənilir.
2026-cı ildə bank əlavə olaraq 600-650 milyard rbl mənfəət qazanmağı planlaşdırır.
Kostin həmçinin bildirib ki, VTB gələcəkdə də dividendlər ödəməyi planlaşdırır.