EN

YAP Nizami rayon təşkilatının keçirdiyi layihə yekunlaşıb FOTOLAR

ain.az bildirir, Unikal.az portalına istinadən.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gənclər və könüllülər üçün keçirdiyi “Qış məktəbi”nin iştirakçıları yanvarın 29-da Azərsun Holdinqin Bakı Qida və Yağ Fabriki ilə tanış olublar.

"Unikal" xəbər verir ki, tanışlıq zamanı qeyd olunub ki, Bakı Yağ Fabriki 1997-ci il tarixində “Caspian Vegetable Ghee Factory” adı altında Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə istismara verilib. 2011-ci ildə isə Bakı Yağ Fabrikinin Azərsun Sənaye Parkına köçürülməsi və fabrikin yenidən qurulması layihəsinə start verilib. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Bakı Qida və Yağ Fabriki”nin Azərsun Sənaye Parkında açılışı olub. İllik istehsal gücü 270.000 ton olan "Bakı Qida və Yağ Fabriki"nin məhsulları Gürcüstan, Özbəkistan, Türkmənistan, İraq, Qırğızıstan, Qazaxıstan və digər ölkələrə ixrac olunmaqdadır.

Gənclər həmçinin SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodu ilə də tanış olublar.

Məlumat verilib ki, 1953-cü ildə yaradılmış Neft Emalı Zavodu modernizasiya proseslərindən sonra illik emal gücü indiki 7.5 milyon tona qədər çatdırılıb. Eləcə də istehsal olunan benzin və dizel yanacağının keyfiyyət göstəriciləri "Avro-5" standartına cavab verir. Həmçinin bazarın tələbatına uyğun olaraq zavodda Aİ-92/95/98 benzin markalarının istehsalı təmin edilib.

İştirakçılar hər iki sənaye müəssisəsinin istehsal sahələri, idarəetmə otaqları ilə tanış olublar.

Yanvarın 30-da isə “Qış məktəbi”nin iştirakçıları Qusar rayonuna səfər ediblər.

Səfər çərçivəsində Qusar rayonu Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Gənclər muzeylə tanış olub, Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə dair ətraflı məlumat əldə ediblər.

Sonra YAP Qusar rayon təşkilatının fəalları ilə çay süfrəsi ətrafında səmimi görüş təşkil olunub. Görüşdə YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurəhmanova, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov gəncləri salamlayıb, onlara uğurlar arzulayıblar.

Görüşdən sonra “Qış məktəbi”nin iştirakçıları Şahdağ Turizm Mərkəzində olublar.

Bununla da beş gün davam edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gənclər və könüllülər üçün keçirdiyi “Qış məktəbi” işini uğurla yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
6
unikal.az

7Sources