EN

İlk dəfə mədəniyyət bu qədər geniş çərçivədə təqdim olunur Milli Məclisin sədr müavini

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Mədəniyyət konsepsiyası üzərində uzun illərdir iş aparılsa da, sənədin real fəaliyyət mərhələsinə keçməsi məhz bu ildən başlayır. Bu, Azərbaycanın müstəqil dövlət kimi mədəni inkişafında yeni mərhələnin başlanğıcı hesab oluna bilər. Konsepsiya mədəniyyəti ayrıca sahə deyil, vahid sistem kimi təqdim edir və onu milli kimlik və dövlət siyasəti ilə birbaşa əlaqələndirir".Demokrat.az xəbər verir ki, bu sözləri Milli Məclisin sədrinin müavini Rəfael Hüseynov “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatı mövzusunda bilgiləndirmə sessiyasında deyib. O bildirib ki, sənəddə mədəniyyət siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğu açıq şəkildə göstərilir:"Bu istiqamətdə indiyədək Milli Məclis tərəfindən qəbul edilmiş qanunlar və normativ aktlar mövcuddur. Lakin ilk dəfədir ki, mədəniyyət bu qədər geniş və kompleks şəkildə konseptual çərçivədə təqdim olunur.

Konsepsiyanın icrası altı əsas istiqamət üzrə dövlət proqramlarının hazırlanması ilə həyata keçiriləcək. Əsas hədəflərdən biri yeni dövrün çağırışlarına cavab verən, eyni zamanda milli irsi qoruyan mədəni mühit formalaşdırmaqdır. Mədəni irsin qorunması və davamlılığı konsepsiyanın prioritet istiqamətlərindəndir".O qeyd edib ki, Azərbaycan uzun illər işğal şəraitində qalmış ərazilərdə mədəni irsin dağıdılması ilə üzləşib. "Beynəlxalq təşkilatlarda bu məsələnin gündəmə gətirilməsi və dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılıb. İşğal dövründə yüzlərlə tarixi və mədəni abidə məhv edilib və ya ciddi zərər görüb. Ərazilərimizin azad edilməsindən sonra mədəni irsin bərpası və qorunması üçün yeni imkanlar yaranıb. Bu gün mədəniyyət sahəsində görülən işlər təkcə mövcud irsin qorunmasına deyil, onun gələcək nəsillərə ötürülməsinə də xidmət edir. Konsepsiya bu baxımdan uzunmüddətli və strateji əhəmiyyət daşıyır"- deyə o bildirib. Əfsanə Kamal 

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
18
demokrat.az

10Sources