EN

Naxçıvan Dövlət Universitetində yeni tələbə yataqxanası tikiləcək

Naxçıvan Dövlət Universitetinin (NDU) nəzdində yeni tələbə yataqxanasının tikintisi planlaşdırılır.

NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün keçirilən brifinqdə bildirib ki, yataqxananın 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur. Layihə universitetdə artan tələbə kontingenti fonunda tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlib.

Rektorun sözlərinə görə, yeni yataqxana xüsusilə regionlardan və xarici ölkələrdən gələn tələbələrin sosial-məişət problemlərinin həllinə töhfə verəcək və müasir tələblərə cavab verən infrastrukturla təmin olunacaq.

Son illərdə Naxçıvan Dövlət Universitetində tələbə sayında nəzərəçarpan artım müşahidə olunur. 

Gülnar 

Chosen
70
38
anews.az

10Sources