EN

Emeri geridönüşlə qazandıqları qələbəni belə şərh etdi

UEFA Avropa Liqasının əsas mərhələsinin 8-ci turunda öz meydanında "Zaltsburq"u 3:2 hesabı ilə məğlub edən "Aston Villa"nın baş məşqçisi Unai Emeri qələbəni dəyərləndirib.

Fanat.Az xəbər verir ki, 2 top fərqi ilə geri düşdüyü oyunu çevirməyi bacaran komandanın çalışdırıcısının sözlərini Birmingem klubunun rəsmi saytı belə çatdırıb:

"Corc Hemminqs 45, Camal Cimo-Aloba ilə Kadan Yanq isə hərəyə 30 və ya 20 dəqiqə oynadılar. Onlar üçün plan hazırlamalı, inkişaf etmələri üçün hərdən bugünkü kimi şans verməliyik. Bu gün Kadanla Camal şanslarından yaxşı faydalandılar. Hesabda geri düşdüyümüz matçda qol və məhsuldar ötürmə müəllifi oldular. Bu, həm klub, həm də gənc oyunçuların özləri üçün fantastik faktdır. Azarkeşlərimizə akademiyanın və gənc oyunçuların nə dərəcədə vacib olduğunu göstərdik.

0:2-dən geridönüş edərək azarkeşlərimizə emosional anlar yaşatdıq. Həm geridönüş, həm də azarkeşlərimizlə enerji mübadiləsi fantastik məqamlardır. Biz "Villa Park"da belə oynamaq, bu turnirdə titul uğrunda mübarizəmizi davam etdirmək istəyirik".

Nihat

Chosen
2
fanat.az

1Sources