Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb.
Manset.az Report-a istinadən xəbər verir ki, Nardaran qəsəbə sakini, 1995-ci il təvəllüdlü Rəşid Rasim oğlu Hüseynov hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.
Nərimanov rayonu, Xətai küçəsi, ev 33, mənzil 12 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Elyar Calal oğlu Muradov hamam otağında qəflətən ölüb.
Faktlarla bağlı araşdırma aparılır.