Timo Verner karyerasını ABŞ-da davam etdirəcək.
İdmanxeber.az xəbər verir ki, “Leyptsiq”dən ayrılan almaniyalı hücumçu azad agent kimi MLS təmsilçisi “San-Xose Erksveyks”ə keçib.
29 yaşlı forvardla 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.
Verner yeni klubunda 11 nömrəli forma geyinəcək.