EN

Trampa İrana zərbə endirmək üçün yeni variantlar təqdim edilib…



ABŞ prezidenti Donald Trampa ABŞ-ın İrana qarşı istifadə edə biləcəyi hərbi tədbirlərin genişləndirilmiş siyahısı təqdim edilib.

Bu barədə The New York Times qəzeti ABŞ rəsmiləri arasında olan mənbələrinə istinadən xəbər verir.

Qəzetin mənbələri iddia edir ki, müzakirə olunan variantlar Trampın iki həftə əvvəl İranla bağlı nəzərdən keçirdiyi təkliflərdən kənara çıxır. İddialara görə, yeni variantlara ABŞ qoşunlarının İran hədəflərinə quru reydləri keçirməsi ehtimalı da daxildir.

Reuters isə öz mənbələrinə istinadən bildirib ki, Donald Tramp yeni etiraz dalğası yaratmaq və ölkədə hakimiyyət dəyişikliyinə məcbur etmək üçün İrana hədəfli zərbələr endirmək istəyir. Bəzi məlumatlara görə, hücum bu həftənin əvvəlində başlaya bilər.

SAMİRƏ

Chosen
89
50
baki-xeber.com

10Sources