EN

ARKA rəhbəri: Kinomuzda sovet düşüncəsi hələ də qalmaqdadır

ain.az, Modern.az saytına istinadən bildirir.

Dövlət kino istehsalı üçün şərait yaratmalıdır. Bunun üçün filmlərin sayını artırır və ümumilikdə ölkə üzrə bu sahədə ekosistem yanaşmasına keçid edir.

Modern.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə (ARKA) baş direktoru Rəşad Əzizov “Azərbaycan mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında deyib.

O qeyd edib ki, əgər əvvəllər incəsənət daha çox  ideologiyaya bağlı idisə, indi o, eyni zamanda iqtisadiyyatla da bağlı olmalıdır.

"Bununla belə, ideoloji məqamlar əlbəttə ki, qalmalıdır. Çünki başqa hədəflərimiz də var və bu ekosistem formalaşdıqdan sonra həmin addımları atmaq mümkün olacaq".

Baş direktor Sovet düşüncəsini müasir kino sahəsinin problemlərindən biri sayır.

"Kino sahəsində əsas problemlərdən biri də odur ki, biz artıq 30 ildən çoxdur ittifaqdan çıxmışıq, amma ittifaq düşüncəsi hələ də qalmaqdadır. Əgər bu düşüncəni kinoda dəyişə bilsək, danışıqdan kinoya keçidi də təmin etmiş olarıq. Kinoda daha az danışmaq, daha çox göstərmək lazımdır. Artıq bu il, son üç il ərzində aparılan islahatların nəticələri – məhsulları və əsərləri – kinoteatrlarda, televiziya kanallarında və striminq platformalarında nümayiş olunacaq".

ARKA sədri özəl sektoru aktiv olmağa səsləyib.

"Bu məsələlərdə sizin də aktiv olmağınızı istərdim. Azərbaycan filmləri ilə bağlı sual da məhz buradan doğur. Bu konsepsiya çərçivəsində Azərbaycan kinosunun gələcəyi necə görünür? Azərbaycan filmi bir təsisat kimi mütləq qalmalıdır. Amma onun mahiyyəti də dəyişməlidir. Konsepsiya artıq onun yeni təbiətini göstərir. Qısa desək, Azərbaycan filmi bundan sonra daha çox bir mühit kimi fəaliyyət göstərməlidir və bu mühitdə kino istehsalında iştirak edənlər daha aktiv və fəal olmalıdırlar. Bu o deməkdir ki, özəl sektor aktivdirsə, məhz Azərbaycan filminin nəzdində fəaliyyət göstərməlidir. Hazırda Mədəniyyət Nazirliyinin bu istiqamətdə planları var. Şəraitin yaxşılaşdırılması üzrə planlaşdırma işi aparılır və yaxın zamanda bunun nəticələrini görəcəyik. Bəzi işlər artıq başlanıb, hələlik daha çox kosmetik xarakter daşıyır. Amma köklü dəyişikliklər məhz fundamental islahatlardan sonra başlamalıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
53
50
modern.az

10Sources