EN

“Temu” insanları necə aldadır? Əməkdar artist məhkəməyə verdi FOTO

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Əməkdar artist Nahidə Orucovanın fotosu Çinin onlayn alış-veriş platforması olan "Temu"da yerləşdirilib. Məhsulun effektini göstərmək üçün tonal kremin reklamında azərbaycanlı aktrisanın fotosundan istifadə edilib. Sözügedən foto isə azərbaycanlı stilist Anar Ağakişiyevin 2018-ci ildə Əməkdar artistlə çəkdiyi dəyişim videosundan götürülüb.

Milli.Az xəbər verir ki, bununla bağlı əməkdar artist Nahidə Orucova Medialoq.az-a açıqlama verib.

O qeyd edib ki, "Temu" şəkli özbaşına paylaşıb:

"Bu məsələyə dair vəkillə danışmışam. Mənə xəbər vermədən, hansı ixtiyarla bu şəkil ucuz məhsullarla paylaşılıb? Öz tərəfimdən, mətbuat katibim onlara məktub göndərib. Hələ ki, onlardan cavab yoxdur. O foto illər öncə çəkilib və orada Anar bəy öz məhsullarından istifadə edib. Anarın bütün məhsulları brenddir. Lakin onlar, öz ucuz məhsullarını mənim şəklimlə brend kimi təqdim ediblər. Bütün hallarda bu məsələ məhkəməlikdir. Mən icazə verirəm, bu məsələ  qaldırılsın".

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
39
24
news.milli.az

10Sources