EN

“Paşinyanın təklifi hər üç tərəf üçün cəlbedici ideyadır”

ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

"Ermənistanın Baş naziri Nikol Paşinyanın qeyd etdiyi kimi Ermənistanın Azərbaycan və Türkiyə enerji sisteminə inteqrasiya olunması heç şübhəsiz ki, Azərbaycanla Ermənistan arasında sülhə ciddi təminatlardan birinə çevrilə bilər, eyni zamanda, regionda qarşılıqlı iqtisadi əməkdaşlıq və təhlükəsizlik mühitinin formalaşmasına töhfə vermiş olar”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

T.Əliyevin sözlərinə görə, ABŞ-nin də dəstəyi ilə Ermənsitanda Metsamor Atom Elektrik Stansiyasının yenidən fəaliyyətə başlaması üçün hazırlıq işləri davam etdirilir: “Həmçinin Ermənistanda çox böyük su elektrik stansiyalarının qurulması potensialı mövcuddur. Ermənistan bu elektrik enerjisindən Azərbaycan və Türkiyə enerji sisteminə inteqrasiya olunmaqla gəlir əldə edə bilər. Şübhəsiz ki, Azərbaycan və Türkiyə tərəfinin marağı Ermənistanı qazandırmaqdan daha çox onu öz iqtisadiyyatlarına və enerji sisteminə inteqrasiya etməklə bu ölkədə yenidən separatçı güclərin ayağı durmasını, real təhdidə çevrilməsini əngəlləyə bilər, paralel olaraq digər anti-azərbaycan və anti-türk güclərin bu ölkədən geosiyasi məkan kimi istifadə etməsinin qarşısını ala bilərlər. Bu baxımdan Ermənistanın Baş nazirinin təklif etdiyi enerji sisteminin inteqrasiyası ideyası hər üç tərəf üçün maraqlı və cəlbedici ideyadır”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
35
50
icma.az

10Sources