
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Moskvada görüşməkdən imtina edib və onu Kiyevə dəvət edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RBK-Ukrayna” agentliyi məlumat yayıb.
“Əlbəttə ki, mənim üçün Moskvada Putinlə görüşmək mümkün deyil. Bu, Putinlə Kiyevdə görüşməklə eynidir. Mən onu Kiyevə də dəvət edə bilərəm, qoy gəlsin. Əlbəttə ki, əgər qərar verərsə, mən onu açıq şəkildə dəvət edirəm”, - Zelenski bildirib.
Zelenski həmçinin bildirib ki, Ukrayna münaqişənin real şəkildə sona çatması ilə bağlı konstruktiv razılaşmalara, eləcə də, nəticəsi məhsuldar ola biləcək görüşlərə nail olmaq istəyir.
O, əlavə edib ki, Kiyev döyüşlərin dayandırılmasında ciddidir və buna görə də, liderlər səviyyəsində istənilən real görüş formatı uyğundur.