"Bayern Münhen" yarımmüdafiəçisi Leon Qoretskanın taleyinin necə olacağını açıqlayıb.
Fanat.Az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu cari mövsümün sonunda klubundan ayrılacaq.
Qoretska 2018-ci ildən "Bayern"in uğurları üçün çalışır. Cari mövsüm Almaniya nəhənginin forması ilə bütün turnirlərdə 28 matça çıxan orta xətt oyunçusu 1 qolla yadda qalıb. Leonun münhenlilərlə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq. "Transfermarkt" portalı onun transfer qiymətini 15 milyon avro ilə dəyərləndirir.
Nihat