Sumqayıt şəhərində yaşayış binasında yanğın başlayıb.
News.az xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki mənzillərdən birində baş verib.
Yanğınla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.