Moskva Berlindən həbsdə olan Rusiya vətəndaşı Suren Avacyana dərhal konsulluq girişi verməsini tələb edir.
Publika.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu barədə brifinqdə bildirib.
Avacyan bu il yanvarın 21-də Almaniyada həbs edilib. O, Donbasa humanitar yardım, geyim və dərman da daxil olmaqla digər mallar çatdırdığına görə saxlanılıb.
Almaniya Baş Prokurorluğu bildirib ki, rusiyalı "xarici terror təşkilatlarını" dəstəkləməkdə ittiham olunur. Moskva bu şərhi qəbuledilməz və hüquqi cəhətdən etibarsız hesab edir.
Zaxarova qeyd edib ki, bu qərarı kimin və hansı əsasla verdiyinə dair aydınlıq gətirilməsi üçün rəsmi Berlinə notalar göndərilib.