UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
90deqiqe.Az-ın məlumata görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə turnirdə mübarizəni davam etdirən klubların 1/8 finala gedən yoldakı rəqibləri müəyyənləşib.
Püşkün nəticəsinə əsasən Azərbaycan çempionu “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi İngiltərənin “Nyukasl” klubu olub. Ağdam təmsilçisi növbəti mərhələyə yüksəlmək uğrunda Premyer Liqa təmsilçisi ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində formalaşan cütlüklər aşağıdakılardır:
“Qalatasaray” (Türkiyə) – “Yuventus” (İtaliya)
“Borussiya Dortmund” (Almaniya) – “Atalanta” (İtaliya)
“Olimpiakos” (Yunanıstan) – “Bayer Leverkuzen” (Almaniya)
“Brügge” (Belçika) – “Atletiko” (İspaniya)
“Monako” (Fransa) – PSJ (Fransa)
“Qarabağ” (Azərbaycan) – “Nyukasl” (İngiltərə)
“Benfika” (Portuqaliya) – “Real Madrid” (İspaniya)
“Budyo-Qlimt” (Norveç) – “İnter” (İtaliya)
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 17–18 fevral tarixlərində, cavab qarşılaşmaları isə 24–25 fevralda keçiriləcək. “Qarabağ” pley-off mərhələsində ilk oyununu Bakıda keçirəcək.