Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ərazi bütövlüyünü pozacaq bir addım atmayacaqlarını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında jurnalistlərin Rusiya-Ukrayna müharibəsi ilə bağlı suallarını cavablandırıb və müharibənin dayandırılması üçün ABŞ-nin hazırladığı sülh planı üzərində davam edən işlərə toxunub.
Plandakı əksər maddələr üzrə ABŞ tərəfi ilə razılığa gəldiklərini deyən Zelenski, "Ukrayna ABŞ-nin 20 maddəlik planında 2 maddəni dəstəkləmir. Digərlərini isə dəstəkləyir", - deyə bildirib.
Ukraynanın güclü təhlükəsizlik zəmanətlərinə ehtiyacı olduğuna diqqət çəkən Zelenski sülh sazişindən əvvəl ABŞ ilə təhlükəsizlik zəmanəti sənədinin imzalanmalı olduğunu ifadə edib.
Ukraynanın ərazi bütövlüyünü pozmayacağını qeyd edən Zelenski ABŞ və Rusiya tərəfləri ilə davam edən danışıqlarda hələlik bu mövzuda razılıq əldə edə bilmədiklərini vurğulayıb.
Zelenski ölkəsinin ərazi bütövlüyünə yönəlmiş "sərt tələbləri" qəbul etməyəcəklərini qeyd edərək, "Ukraynaya qarşı sərt tələblərin qətiyyən bir razılaşma olmadığına inanırıq. Bu, Ukraynanın ərazi bütövlüyündə bir dəyişiklikdir", - deyib.
Müharibənin başa çatmasını istədiklərini dilə gətirən Zelenski:
"Müharibəyə real son qoyacaq, lakin qətiyyən Ukraynanın ərazi bütövlüyündə dəyişiklik nəzərdə tutmayan razılaşmalara hazırıq", – ifadəsini işlədib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.