EN

İranda onlar vurulacaq: Trampın siyahısı hazırdır

ABŞ Prezidenti Donald Tramp Pentaqondan İrana qarşı mümkün hərbi əməliyyatların siyahısını alıb. 

Siyahıda zərbə endirləcək nüvə obyektlərinin də adı var.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə "New York Times" (NYT) mənbələrə istinadən yazır.

Qəzetin məlumatına görə, Ağ Ev diplomatik həll yoluna açıqdır və hərbi təhdidlər əsasən Tehranı danışıqlara sövq etmək məqsədi daşıyır.

Qəzet yazır: “Trampın İranla bağlı müxtəlif variantları var. Prezident heç bir tədbirin görülməsinə ehtiyac olmayacağına ümid edir, lakin İran rejimi çox gec olmamışdan əvvəl razılığa gəlməlidir".

Xatırladaq ki, 2025-ci ilin iyun ayında ABŞ İrandakı üç nüvə obyektinə zərbə endirib. ABŞ müdafiə naziri Pit Heqset qeyd edib ki, ölkə 75 dəqiq idarə olunan sursatdan istifadə edərək İranın nüvə proqramını tamamilə məhv edib. İran hakimiyyəti nüvə obyektlərinin sökülməsini təkzib edib. 

Chosen
72
43
cebheinfo.az

10Sources