EN

Mijatoviç: “Real Madriddə lider çatışmır”

Real Madridin sabiq idman direktoru Predrag Mijatoviç, “Los Blancos”un cari vəziyyətini qiymətləndirərək komandanın ən böyük problemindən danışıb. Vətəninfo.az xəbər verir ki, o, klubda rəhbər və liderlik funksiyasını daşıyan bir oyunçunun olmadığını bildirib.

Mijatoviç bildirib: “Real Madriddə lider çatışmır. Ramos, Modric, Benzema, Hierro kimi oyunçuların olduğu dövr artıq geridə qalıb. Benfica ilə matçda isə ‘Los Blancos’-un liderini görmədim. Söhbət daim kameraların fokuslandığı və komanda yoldaşlarına tapşırıqlar verən, onları istiqamətləndirən oyunçudan gedir.”

Bundan əlavə, Mijatoviç Kylian Mbappe haqqında da fikir bildirib: “Mbappe böyük futbolçudur, amma lider deyil. Heç Zinəddin Zidan da Fransa millisində lider deyildi. Bu funksiyanı Didier Deşam və ya Laurent Blanc yerinə yetirirdilər, baxmayaraq ki, Zidan komandanın ən yaxşı oyunçusu idi.”

Chosen
79
32
veteninfo.az

10Sources