EN

Rəşad Zeynalov: Gənclərin liderliyinin üzə çıxarılması üçün əlimizdən gələni edirik

Bakı, 30 yanvar, AZƏRTAC

2 Fevral- Gənclər Günü Ulu Öndərin gənclərə olan hədiyyəsidir. Ölkəmizdə gənclər üçün geniş imkanlar yaradılıb. Yüksəliş müsabiqəsi keçirilir, həmçinin xaricdə təhsil üzrə dövlət proqramları həyata keçirilir. Dövlətimiz Azərbaycan gəncinin yaxşı təhsil almasını istəyir. Bu gün gənclərimizə dayanıqlı dəstək var. Ona görə də biz verilən imkanları yaxşı dəyərləndirməliyik.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) sədri Rəşad Zeynalov Tələbə Gənclər Təşkilatlarının mükafatlandırma mərasimində çıxış edərkən deyib.

O qeyd edib ki, ATGTİ gənclərin liderliyinin üzə çıxarılması üçün əlindən gələni edir: "Gəncləri kəşf etmək bizim öhdəliyimizdədir. Ona görə də proses davamlı olacaq və bu aspektdən də üzərimizə çox böyük məsuliyyət düşür".

Chosen
33
13
azertag.az

10Sources