“Çox vacib oyun idi”.

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Saşa İliç mətbuat konfransında deyib.

Mütəxəssis Misli Premyer Liqasının 18-ci turunda səfərdə "Karvan-Yevlax"a qarşı keçirdikləri matç haqqında fikirlərini bölüşüb:

“Qalib gəlsək də, oyundan tam razı qalmadım. Bəzi məqamlarda ötürmələr vaxtında olmadı. Cərimə zərbələri zamanı çoxlu səhvlərə yol verdik. Buna görə də müəyyən problemlər yaşadıq. Sözügedən problemləri aradan qaldırmaq lazımdır”.

Baş məşqçi bu gün Premyer Liqada debüt edən Nihad Orucəli haqqında da danışıb: “Təlim-məşq toplanışına kifayət qədər gənc futbolçular aparmışdıq. Bu gün Nihada şans verdik. Məncə, qənaətbəxş performans göstərdi”.

Qeyd edək ki, qarşılaşma “kimyaçılar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.