EN

Bakıda hüquq sahəsinə dair yeni kitabların təqdimatı keçirilib - FOTOLAR

Bu gün Bakı şəhərində Hüquq və İnsan Haqları İnstitutunda Naxçıvan Dövlət Universitetinin Ümumi hüquq kafedrasının müəllimi Əli Qədimovun müəllifi olduğu “Hüquq nəzəriyyəsi” və “Hüquq nədir?” adlı kitabların təqdimat mərasimi keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə gənclər, tələbələr, hüquqşünaslar, alimlər və hüquq sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.

Təqdimat mərasimində Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, kitabların müəllifi – NDU-nun Ümumi hüquq kafedrasının müəllimi Əli Qədimov, hüquq elmləri doktoru, professor Əmir Əliyev, İnstitutun hüquq tədqiqatçısı Tuqay Əliyev, Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Humanitar siyasət komitəsi sədrinin müavini Əziz Qasımov və digər hüquq alimləri, hüquqşünaslar çıxış ediblər.

Çıxışlarda kitabların hüquq elminin inkişafına verdiyi töhfələrdən, tələbələr və gənc hüquqşünaslar üçün əhəmiyyətindən, eləcə də hüquqi maarifləndirmə baxımından rolundan bəhs olunub.

Chosen
46
qht.az

1Sources