
ABŞ-də hökm sürən qar fırtınasından ölənlərin sayı 85-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Ölümlərin təxminən yarısı sərt qışlara öyrəşməyən cənub ştatları olan Tennessi, Missisipi və Luiziana ştatlarında baş verib.