EN

Prezident QHT Agentliyi ilə bağlı Sərəncam imzalayıb

Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 yanvar 2026-cı il tarixində müvafiq Sərəncam imzalayıb.


QHT.az xəbər verir ki, sərəncama əsasən, “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiqlənib və sənəddə nəzərdə tutulan tədbirlərin icrasına nəzarət Prezident Administrasiyasına həvalə olunub. Nazirlər Kabineti isə Sərəncamdan irəli gələn məsələlərin həllini təmin edəcək 
Xüsusilə, ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin təşkil olunması, müvafiq sahədə elmi tədqiqatların və innovativ yanaşmaların dəstəklənməsi üzrə fəaliyyətlərdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı qurumlardan biri kimi müəyyənləşdirilməsi diqqət çəkib.

Chosen
96
7
qht.az

10Sources