EN

Məşhur portuqaliyalı rejissor evində ölü tapıldı

BAKI, 30 yanvar. TELEQRAF

Portuqaliyalı rejissor Coao Kanijo evində ölü tapılıb.

Teleqraf xəbər verir ki, onun cəsədi Portuqaliyanın Vila Viçosa kəndi yaxınlığındakı evində tapılıb.

68 yaşlı rejissorun ölüm səbəbi açıqlanmayıb.

Kanijo ilk bədii filmini 1988-ci ildə çəkib. Onun "Qara cəngavər" filmi Oskar mükafatına namizəd göstərilib.

Rejissor 2023-cü ildə Berlin Film Festivalında "Pis Həyat" filminə görə "Gümüş Ayı" mükafatını qazanıb.

Coao Kanijo həmçinin teatr rejissoru kimi də çalışıb. David Mamet və Eugene O'Neillin pyeslərinə quruluş verib.

Chosen
55
10
teleqraf.com

10Sources