EN

Generalların polkovnik qardaşı vəfat etdi

Silahlı Qüvvələrin Hərbi Akademiyasının müəllimi polkovnik Telman İzzət oğlu Orucov vəfat edib.

Ölkə.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.

Bildirilib ki, 64 yaşlı polkovnik bu gün uzunsürən xəstəlik səbəbindən həyatını itirib.

Qeyd edək ki, Telman Orucov generallar - Elbrus Orucov və Elman Orucovun qardaşıdır.

Chosen
42
30
olke.az

10Sources