EN

Tokio London ilə müdafiə və iqtisadi əməkdaşlığın genişləndirilməsinə ümid edir

Bu gün Yaponiyada Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə yaponiyalı həmkarı Sanae Takaiçi arasında keçiriləcək görüşdə müdafiə və iqtisadi təhlükəsizlik kimi müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair sənədlərin imzalanacağı gözlənilir.

"Far.Az" xəbər verir ki, bu barədə "Kyodo" Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbələr qeyd edib ki, S.Takaiçi və K.Starmer, böyük ehtimalla, "azad və açıq Hind-Sakit okean regionu" konsepsiyasına sadiq qalacaqlarını təsdiqləyəcəklər.

Bildirilib ki, Starmerin Yaponiyaya bu səfəri Çinə dördgünlük səfərindən dərhal sonra həyata keçirilir. Pekində Britaniya Baş naziri və Çin Sədri Si Cinpin uzunmüddətli və sabit strateji tərəfdaşlığın formalaşdırılması üzərində işləməyə razılaşıblar.

Chosen
20
far.az

1Sources