EN

Polis silah-sursat aşkarladı



Yanvarın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 13 tüfəng aşkar edilib.

aia.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, bundan başqa, 2 patron darağı və 5421 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.



Chosen
83
20
aia.az

10Sources