ABŞ-nin Luiziana ştatında ağır cinayətlərə görə cəza çəkən səkkiz məhkum yerli həbsxanadan qaçıb.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Fox 8" telekanalı məlumat yayıb.
Məlumata görə, qaçanlardan üçü yenidən tutularaq həbsxanaya qaytarılıb. Təxminən 19-25 yaş arasında olan digər beş nəfər isə hələ də azadlıqdadır.
Yerli-hüquq mühafizə orqanları qatı cinayətkarları tapmaq istiqamətində işlər aparır.
"Cebheinfo.az"