EN

“Google Maps” “Gemini” süni intellektini istifadəyə verdi

“Google Maps” artıq gəzinti və velosiped marşrutları zamanı “Gemini” süni intellekt köməkçisi ilə qarşılıqlı əlaqə qurmaq imkanı təqdim edir. Bu funksiya daha əvvəl yalnız sürücülük rejimində mövcud olan və noyabr ayında istifadəyə verilmiş danışıq naviqasiya imkanlarını genişləndirir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə “MacRumors” məlumat yayıb.

Yeniliyə əsasən, istifadəçilər naviqasiya ekranından çıxmadan və ya diqqətlərini yoldan yayındırmadan səsli sorğular verə bilərlər. Məsələn, piyada hərəkət zamanı yaxınlıqdakı kafelər barədə məlumat almaq, velosiped sürərkən isə əlləri sükandan çəkmədən təxmini çatma vaxtını öyrənmək mümkündür. “Gemini” əlavə məlumatları mərhələli şəkildə təqdim edən detallı sorğuları da dəstəkləyir.

Süni intellekt köməkçisi dayanacaqlar əlavə etmək, alternativ marşrutları göstərmək, həmçinin səsli sorğuları deaktiv etmək kimi naviqasiya əmrlərini qəbul edir. Bundan başqa, növbəti döngə və ya təyinat yerindəki hava şəraiti ilə bağlı praktiki suallar da ünvanlana bilər.

“Gemini” naviqasiya ekranının yuxarı sağ küncündə yerləşən köməkçi nişanı vasitəsilə və ya səs əmri ilə aktivləşdirilir. (Trend)

Chosen
8
4
fed.az

5Sources