EN

Gürcüstan ötən il Rusiyadan rekord həcmdə neft idxal edib

Ötən il Rusiyadan Gürcüstana neft ixracı 16 dəfədən çox artaraq rekord həcm hesab olunan 95,8 milyon dollara çatıb. 

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb. 

Bildirilib ki, 2025-ci ildə Gürcüstanın Rusiyadan idxal etdiyi neftin həcmi 10,5 min tondan 225,3 min tona çatıb. 

Bundan əvvəl isə rekord göstərici 2016-cı ildə qeydə alınıb. Bu zaman, Gürcüstan Rusiyadan 10,8 milyon dollara 39,6 min ton neft alıb.

"Cebheinfo.az"

Chosen
19
4
cebheinfo.az

5Sources