EN

Domi Massumu “Qəbələ”nin tarixinə düşdü – ARENA.AZ

Azərbaycan Premyer Liqasının 18-ci turunun “İmişli” ilə ev oyunu “Qəbələ”nin cinah hücumçusu Domi Massumu üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, konqolu futbolçu bu oyunda “qırmızı-qaralar”ın 3:2 hesablı qələbəsinə het-triklə töhfə verib.

Domi Massumu klub tarixində bir oyunda 3 qol vuran 8-ci futbolçudur. Bu, Premyer Liqada “qırmızı-qaralar”ın 4-cü het-trikidir. Domiyə qədər Fərzad Hatəmi, Baqali Dabo və Bilel Auaşeriya çempionatda fərqlənmişdi.

Digər het-triiklərdən biri Avropa Liqasına, üçü Azərbaycan kubokuna təsadüf edib. Teo Uiks avrokuboklarda, Vüsal Qarayev, Filip Ozobiç və Prins Ovusu kubokda het-trik müəllifi olublar. Ümumilikdə isə het-triklərdən 6-sı ev, 2-si səfər matçında qeydə alınıb.

Massumunun “İmişli” ilə görüşdəki sonuncu qolu həm də yubiley xarakteri daşıyıb. Konqolu “Qəbələ”nin heyətində bütün turnirlər nəzərə alınmaqla ümumilikdə 25-ci qoluna imza atıb.

Domi Premyer Liqada 6, Azərbaycan kubokunda 3, Birinci Liqada 16 dəfə fərqlənib. “Qəbələ”də 48 oyun keçirmiş legioner klub tarixinin bombardirləri siyahısında 4-cü yerə şərikdir.

“Qəbələ”nin futbolçularının aktivində bir penta-trik və bir poker də var. Rövşən Əhmədov birinci dəstədə 5, Vitali Balamestnı Premyer Liqada 4 qol vurmağı bacarıb.

“Qəbələ”nin bütün het-trikləri:

Vüsal Qarayev – 10.10.2006. Azərbaycan kuboku. “Gilan” – “Şahdağ” (Quba) – 6:0

Fərzad Hatəmi – 17.08.2008. Premyer Liqa. MOİK – “Qəbələ” – 0:3

Teo Uiks – 30.06.2016. Avropa Liqası. “Qəbələ” – “Samtredia” – 5:1

Baqali Dabo – 10.09.2016. Premyer Liqa. “Neftçi” – “Qəbələ” – 0:8

Filip Ozobiç – 29.11.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Mil-Muğan” – 8:0

Bilel Auaşeriya – 25.11.2023. Premyer Liqa. “Qəbələ” – “Turan Tovuz” – 4:0

Prins Ovusu – 29.10.2025. Azərbaycan kuboku. “Qəbələ” – “Mingəçevir” – 5:1

Domi Massumu – 30.01.2026. Premyer Liqa. “Qəbələ” – “İmişli” – 3:2

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
77
9
arena.az

10Sources