Bu gün əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada imtahanlar keçiriləcək.
AzEdu.az xÉ™bÉ™r verir ki, MÉ™ktÉ™bÉ™qÉ™dÉ™r Ümumi TÉ™hsil üzrÉ™ DövlÉ™t Agentliyininin mÉ™lumatına görÉ™, 6 mindÉ™n çox ÅŸÉ™xs imtahanda iÅŸtirak etmÉ™k üçün müraciÉ™t edib.Â
İmtahan yerli təhsili idarəetmə orqanları tərəfindən 31 yanvar saat 11:00-da təşkil olunacaq.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.