EN

“40 dərəcə istidə oturub ağlayırdım, indi isə sırtılmışam” – FOTO

Aktrisa Pərvin Abıyeva sənətə başladığı ilk illərdə tənqidlərə çox həssas yanaşdığını etiraf edib.

KONKRET.az Milli.az-a istinadən xəbər verir ki, aktrisa bu barədə “Tarixin bir günü” verilişində danışıb.

Aktrisanın sözlərinə görə, əvvəllər sosial şəbəkələrdə yazılan rəylər onu ciddi şəkildə təsirləndirirmiş:
“İlk vaxtlar sırtılmaqdan qorxurdum. Günəşlənə-günəşlənə rəyləri oxuyurdum, oturub ağlayırdım ki, niyə belə yazırsınız? Axı siz məni tanımırsınız? Hətta 40 dərəcə istidə ağladığım günlər olub”.

Pərvin Abıyeva bildirib ki, zamanla bu münasibəti dəyişib:

“İndi bütün rəylərə gülürəm. Onlarla birlikdə özümü tənqid edirəm, gülürəm. Çünki bu sənətdə sırtıldım”.

Chosen
12
2
konkret.az

10Sources