EN

QHT sədri: DOSTART.az portalı önəmli motivasiyadır

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi illərdir sərgilər və tədbirlər təşkil edirdi. Vətəndaş cəmiyyətidə öz növbəsində əlillərin fərdi inkişafı, sosial rifahının yaxşılaşdırılması, özünəməşğulluğun təşviqi istəqamətində layihələr həyata keçirirdilər.

Bu fikirləri QHT.az-a açıqlamasında “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva bildirib.

Birlik sədri qeyd edib ki, 2021-ci ildə 1-ci vitse prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST konsepsiyası, xüsusilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əlilliyi olan şəxslərə daha böyük şanslarının olduğunu,geniş imkanların yaradıldığı doğma məkana çevrildi.

"Onların istedadlarının üzə çıxarılması,inkişaf etdirilməsi, peşə öyrənilməsi, özünəməşğulluq proqramında aktiv iştirak edərək aktivlərlə təmin edilməsi, əlilliyi olan şəxslərin sosial rifahının təminatına dəstək verir. Daha bir faydalı yenilik isə DİİYM-də  yaradılan DOSTART.az portalı vasitəsilə mərkəzin benefisiarları öz əl işlərini sataraq  gəlir əldə edəcək ki,buda onlara bacarıqlarının inkişafında önəmli motivasiyadır.
 

Ölkə başçısı hər zaman həssas qrupları diqqətdə saxlayır. Əlillik qüsur deyil, fərqlilikdir."

Chosen
8
qht.az

1Sources