EN

“Gəlinimin günahı yoxdur, oğlum həbsxanada sürünsün” -VİDEO

Xəbər verdiyimiz kimi, Ağdamda kişi həyat yoldaşına balta ilə xəsarət yetirib.

 

Hadisə Ağdamın Mahrızlı kəndində qeydə alınıb.

 

Xəsarət alanın qayınanası Hafizə Salahova hadisə ilə bağlı Baku TV-yə danışıb.

 

“Gəlinimin günahı yoxdur. Oğlum qazandıqlarımızı burnumuzdan gətirdi. Bir ömür həbsxanada sürünsün, balaları yazıqdır”, – o söyləyib.

 

Zərərçəkən Gülzəndə Salahova yanvarın 31-də Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

 

Xəstəxanadan verilən məlumata görə, ona qapalı kəllə-beyin travması, başın və bədənin müxtəlif nahiyələrinin çapılmış və kəsilmiş yaraları diaqnozu qoyulub. Zəruri tibbi yardım göstərilən pasiyentin vəziyyəti orta-ağır qiymətləndirilir və müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Ceyhun Salahov saxlanılıb.

 

Ceyhun Salahovun daha əvvəl məhkumluq həyatı yaşadığı və 12 yanvar tarixində azadlığa buraxıldığı bildirilir.

 

Daha ətraflı Baku TV-nin videomaterialında:


Chosen
6
3
senzor.az

4Sources