Avstraliyanın Sidney şəhərində UFC-325 turniri keçirilir.
Fanat.Az xəbər verir ki, ötən gecənin əsas döyüşündə azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev braziliyalı Maurisio Ruffi ilə qarşılaşıb.
32 yaşlı döyüşçü rəqibinə məğlub olub. Fiziyev ikinci raundda nokautla uduzub.
Qeyd edək ki, 32 yaşlı Rafael Fiziyevin peşəkar karyerasında 13 qələbə (9-u vaxtından əvvəl) və 5 məğlubiyyət var.