Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulacaq.
Msport.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutacaq.
İlk oyunda “Araz-Naxçıvan” Mərdəkanda “Neftçi”ni qəbul edəcək. Qarşılaşma saat 16:00-da başlayacaq. Komandaların ilk dövrədəki matçında 2:2 hesabı qeydə alınıb.
Günün son oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Burada “Qarabağ” “Turan Tovuz”u qəbul edəcək. “Sabah”ın dünənki qələbəsindən sonra “Qarabağ” artıq liderdən 7 xal geri qalır. Ona görə də Qurban Qurbanovun komandası mütləq bu matçda qalib gəlməldir.
1 fevral
Azərbaycan Premyer Liqası, 18-ci tur
16:00. “Araz – Naxçıvan” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Alik Yunusov
VAR: Vüqar Həsənli
AVAR: Cəmil Quliyev
“Liv Bona Dea Arena”
18:30. “Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Rəşad Əhmədov
AVAR: Akif Əmirəli
Tofiq Bəhramov adına Respublika Stadionu
30 yanvar (cümə)
“Karvan-Yevlax” – “Sumqayıt” – 0:2
“Qəbələ” – “İmişli” – 3:2
31 yanvar (şənbə)
“Zirə” – “Sabah” – 1:3
“Kəpəz” – “Şamaxı” – 0:2