EN

Mahir Emreli kollektiv məşqlərə nə vaxt qoşulacaq?

"Kayzerslautern"in hücumçusu Mahir Emreli müalicəsini davam etdirir.  Azərbaycan milli komandasının futbolçusunun komandanın məşqlərinə qoşulacağı tarix bəlli olub.

Bizim.Media xəbər verir ki, Emreli qarşıdakı həftənin sonlarında "Kayzerslautern"də kollektivlə məşqləri bərpa edəcək.

Amma onun 2-ci Bundesliqanın qarşıdakı turunu da buraxacağı, meydana çıxmayacağı dəqiqdir.

Mahirin 22-ci turun "Qroyter Fürt”lə görüşündə oynamağa hazır olacağı gözlənilir.
Həmin matç fevralın 14-də keçirirləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
22
3
bizim.media

4Sources