"Kayzerslautern"in hücumçusu Mahir Emreli müalicəsini davam etdirir. Azərbaycan milli komandasının futbolçusunun komandanın məşqlərinə qoşulacağı tarix bəlli olub.
Emreli qarşıdakı həftənin sonlarında "Kayzerslautern"də kollektivlə məşqləri bərpa edəcək.
Amma onun 2-ci Bundesliqanın qarşıdakı turunu da buraxacağı, meydana çıxmayacağı dəqiqdir.
Mahirin 22-ci turun "Qroyter Fürt”lə görüşündə oynamağa hazır olacağı gözlənilir.
Həmin matç fevralın 14-də keçirirləcək.