ABŞ-ın İrana qarşı hərbi təcavüzü iki ölkə arasında müharibə ilə məhdudlaşmayacaq, əksinə, tammiqyaslı regional münaqişəyə çevriləcək.
7Times.az-ın “Tasnim News”a istinadən verdiyi məlumata görə, bunu İranın ali rəhbəri Əli Xamenei bildirib.
Xamenei əlavə edib ki, İran xalqı ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə külli miqdarda silah daşınması ilə bağlı açıqlamalarından qorxmamalıdır.
“Biz müharibələrə başlamırıq və heç bir ölkəyə hücum etmək istəmirik, amma İran xalqı hücum edən və zərər verən hər kəsi qətiyyətlə dəf edəcək”, – deyə İranın ali rəhbəri vurğulayıb.